Ukrayna da çağırış etdi: Suriyanı tərk edin!
Ukrayna Suriyadakı vətəndaşlarını təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar ölkəni tərk etməyə çağırıb.
Axar.az xəbər verir ki, ölkənin Livandakı səfirliyi bununla bağlı Suriyadakı Ukrayna vətənaşlarına müraciət edib.
Səfirlik Suriyada qalmağa qərar verənlərə insanları nsıx olduğu yerlərdən uzaq durmağı, mitinq, nümayişlərdə iştirak etməməyi, təhlükəsizlik tədbirlərinə və qaydalarına riayət etməyi, yaşayış yerini tərk etməməyi, hər zaman yanında sənədlər gəzdirməyi və ölkədə qalma müddətinin qısaldılması ehtimalını nəzərə almağı tövsiyə edir.
Qeyd edək ki, bundan öncə İraq, Rusiya və İran analoji çağırış edib.