Bia.Az

Dəməşqi qoruyan son “qala”ya hücum başladı: Rusiya hərəkətə keçdi – TƏCİLİ/YENİLƏNDİ

Dünya
 6-12-2024, 14:44     570

Suriya müxalifət qüvvələri strateji əhəmiyyət daşıyan Xüms əyalətinin şimalına nəzarəti tam ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Bəzi mənvələr silahlıların Xümsün mərkəzinə 4-5 kilometr məsafədə olduğunu yazıb.

***11:33

Rusiya Suriyada Həmanı ələ keçirən “Heyət Təhrir əş-Şam” (HTŞ) qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün hərəkətə keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə NTV regiondakı mənbələrə istinadən məlumat yayıb.

Belə ki, HTŞ Suriyanın paytaxtı Dəməşqə gedən yolda son əyalət olan Xümsə hücuma başlayıb. Artıq əyalətin Rastan şəhəri müxaliflərin nəzarətinə keçib.

Məlumata görə, Rusiya hərbi təyyarələri HTŞ-nin hücumunu dayandırmaq üçün Ratsandakı körpünü bombalayıb. Sözügedən körpü Xüms və Həmanı bir-birinə bağlayan ən mühüm keçid məntəqəsidir.

Ekspertlər bildirirlər ki, müxaliflər Xüms əyalətini ələ keçirsələr, Dəməşqin itirilməsi an məsələsi olacaq.скачать dle 12.1