Bia.Az

Aİ Ukraynaya qoşun göndərə bilər - Kallasdan ilginc açıqlama

Dünya
 2-12-2024, 02:00     643

Avropa ölkələri mümkün atəşkəsi qorumaq üçün Ukraynaya qoşun yeridə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ANSA-ya Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kallas bildirib.

“Bu günə qədər hansı ölkələrin öz ordusunu Ukraynaya göndərməyə hazır olduğu müzakirə olunurdu, məncə, heç nəyi istisna etmək olmaz”, - siyasətçi deyib.

Kallasın sözlərinə görə, Avropa İttifaqı öz silahlı qüvvələrini bu ölkəyə göndərməklə Ukraynada atəşkəsin qorunmasında iştirak edə bilər.

Qeyd edək ki, Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos Kiyevdə səfərdədir.скачать dle 12.1