Bia.Az

“Biz faktiki olaraq Gürcüstanı itirdik, indi yeganə yol…” – Saakaşvili

Dünya
 26-11-2024, 01:32     596

“Biz praktiki olaraq vətənimizi itirmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan üçüncü prezident Mixail Saakaşvili deyib.

O bildirib ki, Gürcüstanda hakimiyyətə rus tipli Orta Asiya diktaturası gəlib.

“Qırmızı xətlər pozulub və müxalifət üçün yeganə çıxış yolu hücum etməkdir. Geri çəkilməyə yer yoxdur. Biz Vətənimizi praktiki olaraq itirmişik.

 Seçkiləri saxtalaşdıran bu diktator hər şeyə qadirdir. Siz hansı Avropadan danışırsınız?!” – deyə Saakaşvili “Gürcü Arzusu” partiyasının  yaradıcısı Bidzina İvanişviliyə xitabən vurğulayıb.скачать dle 12.1