Bia.Az

Gürcü polisi parlamentə gedən bütün yolları bağladı - Video

Dünya
 25-11-2024, 10:14     443

Gürcüstan polisi Tiflisdə parlament binasına gedən küçələri tamamilə bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin əməkdaşları, o cümlədən xüsusi təyinatlılar parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib. Media nümayəndələri hələlik binaya buraxılmır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün saat 12:00-da Gürcüstanın XI çağırış parlamentinin ilk sessiyası keçiriləcək.

Ölkə müxalifəti şənbə günü keçirilən mitinqdə vətəndaşları bu gün Tiflisdə toplaşmağa və iqtidar deputatlarının noyabrın 25-də ilk iclasını keçirməsinin qarşısını almaq üçün parlamentə doğru yürüş təşkil etməyə çağırıb.скачать dle 12.1