Bia.Az

Türkiyədə çovğun: Onlarla insan xilasını gözləyir

Dünya
 25-11-2024, 01:57     532

Türkiyənin Kayseri vilayətində davam edən qar çovğunu səbəbindən Kayseri-Malatya magistralı bağlanıb və onlarla insan avtomobilində köməksiz vəziyyətdə qalıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, xilasedicilər yolda gediş-gəlişi bərpa etmək və vətəndaşları ərazidən çıxarmaq üçün çalışır.

Xüsusiə Pınarbaşı və Sarız ilçələrində çətin vəziyyətdə qalanlar sosial media vasitəsilə paylaşımlar edərək yardım istəyiblər.скачать dle 12.1