Bia.Az

Simonyan sirləri açdı: Bennet buna görə öldürülüb

Dünya
 24-11-2024, 02:30     557

“Rossiya Seqodnya” media qrupunun və “RT”nin baş redaktoru Marqarita Simonyan amerikalı ekspert, telekanalın sənədli filmlərinin müəllifi və “Sputnik”in daimi şərhçisi Skott Bennetin Ukrayna hadisələri ilə bağlı həqiqəti söylədiyi üçün öldürüldüyü iddiasını irəli sürüb.

Globalinfo.az xəbər verir ki, Simonyan bu barədə X sosial şəbəkəsində yazıb.

“Tamamilə mümkündür ki, Skott Bennet Ukraynadakı münaqişə ilə bağlı həqiqəti söylədiyi üçün öldürülüb. O, Ukrayna ordusunu və ABŞ hökumətini pisləyən sənədli filmlər çəkib. 2024-cü ilin yazında Putinə Rusiya vətəndaşlığı verilməsi xahişi ilə müraciət edib. Bennet ən yaxşı hərbi ekspertlərdən biri olub. Bennet Kiyev rejiminin Belqorod vilayətində törətdiyi cinayətlər barədə ABŞ Konqresinə hesabat göndərdikdən sonra, öz dostlarına həyatı üçün təhlükə yarana biləcəyini deyib.  O, səhhətindən şikayət etməyib”, – deyə Simonyan vurğulayıb.
Qeyd edək ki, ABŞ hərbi kəşfiyyatının təqaüdçü zabiti və psixoloji müharibə analitiki Skott Bennet 46 yaşında Kaliforniyada vəfat edib. Həkimlərin ilkin məlumatına görə, o, qaraciyər xərçəngindən dünyasını dəyişib.скачать dle 12.1