Bia.Az

Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?

Dünya
 24-11-2024, 02:14     576

Ukrayna avqust ayında apardığı əməliyyat zamanı Kursk vilayətində nəzarət etdiyi ərazinin 40%-dən çoxunu itirib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, bu, rus qoşunlarının təşkil etdiyi əks-hücum dalğaları fonunda baş verib.

"Təxminən 1376 kvadrat kilometr ərazini nəzarətdə saxlayırdıq, indi Rusiya əks-hücumlarını gücləndirir. Hazırda Ukrayna Silahlı Qüvvələri təxminən 800 kvadrat kilometr Rusiya ərazisini nəzarətdə saxlayır", - Ukrayna Baş Qərargahındakı mənbə bildirib.скачать dle 12.1