TƏCİLİ: Türkiyənin bu şəhərində polis və etirazçılar arasında toqquşma – VİDEO

Türkiyənin Tunceli şəhərində polis və etirazçılar arasında toqquşmalar baş verib.
Globalinfo.az xəbər verir ki, DEM partiyasının üzvləri qəyyumun təyin edilməsi səbəbilə küçələrə axın ediblər.
DEM partiyasının təşviqi ilə Tunceli sakinləri də etirazlara qoşulurlar. Etirazçılar polis barrikadalarına hücumlar edirlər. Türk polisi kütləvi ixtişaşlara müdaxilə maşınları ilə etirazçılara müdaxilə etməyə çalışır.
Qeyd edək ki, DEM partiyasının idarə etdiyi Tunceli Bələdiyyəsinə və CHP-nin idarə etdiyi Ovacık Bələdiyyəsinə qəyyumlar təyin edilib.
Xatırladaq ki, Tunceli şəhər bələdiyyəsinin sədri Cövdət Konak və eyni şəhərin Ovacık rayon bələdiyyəsinin sədri Mustafa Sarıgül vəzifələrindən uzaqlaşdırılıblar. Onlar “Silahlı terror təşkilatına üzv olmaq”da ittiham olunurlar.