Bia.Az

Səudiyyə Ərəbistanında Türkiyə məhsullarına qoyulan qadağa xarici sahibkarlara çətinlik yaradıb

Dünya
 13-10-2020, 10:54     300

Səudiyyə Ərəbistanında Türkiyə məhsullarının satışına qeyri-rəsmi, amma xeyli sərt məhdudiyyətlər bir çox xarici nüfuzlu istehsalçılara ziyan vurur.
İspaniyanın geyim istehsalçısı “Mango”nun nümayəndəsi türkiyəli təchizatçılarına göndərdiyi məktubda Səudiyyə hökumətinin Türkiyədə istehsal olunan məhsulların hər cür idxalına qadağa qoyduğunu bildirib.
Həmçinin dünyanın ən böyük gəmiçilik şirkəti “Maersk” də ötən ay türkiyəli müştərilərinə məktubunda Səudiyyə gömrük xidmətində yaradılan çətinlikləri göstərərək “mümkün zərəri minimuma endirmək üçün” lazımi tədbirlər görməyi tövsiyə edib. Həmçinin koronavirus pandemiyası baş qaldırandan etibarən İstanbul ilə Ər-Riyad arasında təyyarə uçuşları da dayandırılıb.
Həmçinin İstanbul Hazır Geyim və Toxuculuq Məhsulları İxracatçıları Birliyinin (İHKİB) rəhbəri Mustafa Gültəpə də Səudiyyə Ərəbistanındakı dükanlarının, həmçinin istehsal sahələri Türkiyədə yerləşən bütün məşhur brendlərinin mövcud vəziyyət üzündən ziyanla üzləşdiyini bildirib. Tükiyəli ixracatçılar artıq xeyli müddətdir Səudiyyə gömrüklərində süründürməçilikdən gileylənirlər.
Ötən il Türkiyənin Səudiyyə Ərəbistanına ixracatı 3,2 milyard ABŞ dolları, bütövlükdə isə hazır geyim ixracatının həcmi 17,7 milyard ABŞ dolları təşkil edib.
Bununla belə Səudiyyə Ərəbistanı hökuməti Türkiyə mallarına hər hansı embarqo tətbiq etdiklərini inkar edərək ikitərəfli ticarət dövriyyəsində pandemiya fəsadlarından savayı, əhəmiyyətli bir geriləmənin olmadığını bildirib. Bununla belə Səudiyyə Ərəbistanının Ticarət Palatasının rəhbəri Əclan əl-Əclan bildirib: “Bizim dövlətə, ölkəmizə, vətəndaşlarımıza qarşı düşmən mövqeyi tutan Türkiyəyə dair idxalat, yatırım, ya da turizmlə bağlı hər hansı boykot tətbiq etmək hər bir səudiyyəli tacir və ya istehlakçının öz məsuliyyətindədir”.скачать dle 12.1