Bia.Az

ABŞ-ın Ukraynaya dəstəyinin pərdəarxası – Bayden əsas məqsədi açıqlayıb

Dünya
 14-11-2024, 00:52     655

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ağ Evdə hazırki prezident Co Baydenin görüşü zamanı Ukraynaya dəstək məsələsi müzakirə edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

O bildirib ki, C.Bayden D.Trampa Ukraynaya dəstəyin ABŞ-ın milli təhlükəsizliyinin mühüm elementi olaraq qaldığını deyib.

“Prezident Bayden açıq şəkildə bildirdi ki, Ukraynaya davamlı dəstəyin məqsədi ABŞ-a da təsir edə biləcək daha geniş münaqişənin qarşısını almaqdır”, – Sallivan vurğulayıb.скачать dle 12.1