Bia.Az

Pakistanda dəmiryol vağzalında partlayış: 21 ölü - Video

Dünya
 9-11-2024, 11:15     456

Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Bildirilib ki, vağzal binasından bir qədər aralıda yerləşən bilet satışı kassasında qeydə alınan hadisə nəticəsində 21 nəfər ölüb, çox sayda insan isə yaralanıb.

Zərərçəkənlər şəhər xəstəxanasına çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.скачать dle 12.1