Daha bir müxalif partiya Tiflisdə mitinqə hazırlaşır
Gürcüstanda Yaqo Xviçianın rəhbərlik müxalif Qirçi Partiyası etiraz aksiyasına başlayacağını elan edib.
Axar.az Gürcüstan mediasına istinadən xəbər verir ki, yeni seçkilərin keçirilməsi tələbi ilə 9 noyabrda yerli vaxtla saat 19:00-da parlament binası qarşısında mitinq keçiriləcək.
“Bizi dəstəkləyin və planımıza qoşulun ki, saxta inqilab əvəzinə yeni seçkilər uğrunda mübarizəmizi davam etdirək!” – bəyanatda bildirilir.
Qeyd edək ki, partiya 3 koalisiyanın birləşdirilməsi təklifini “saxta inqilab planı” adlandırıb.