ABŞ-dan xəbərdarlıq: “Rusiya və İran seçki prosesinə…”
ABŞ Rusiya və İranı prezident seçkiləri ilə bağlı şübhələr yaratmaq məqsədi daşıyan materialların yaradılmasında ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın federal hüquq-mühafizə orqanlarının yaydığı bəyanatda deyilir.
“Xarici aktyorların ABŞ-da səsvermə prosesinə şübhə oyatmağa çalışdıqları və bu səylərin seçki rəsmilərinə qarşı zorakılığa təhrik riski yaratdığı haqda xəbərdarlıq etmişik. Rusiya ilə əlaqəli təsir dairələri seçkilərin legitimliyinə xələl gətirmək, seçki prosesi ilə bağlı qorxu yaratmaq və amerikalılara bir-birlərinə qarşı zorakılıq tətbiq etmək fikrini aşılamaq üçün videolar və saxta məqalələr hazırlayırlar. Bu cəhdlər seçki rəsmilərinə qarşı zorakılığa sövq etmək riski daşıyır. Bu cəhdlər seçki rəsmilərinə qarşı zorakılığa sövq etmək riski daşıyır. İranlı aktorlar da seçiciləri cəlb etmək üçün saxta xəbər saytları yaradıb və onlayn aktivist kimi təqdim ediblər”, – deyə FTB və ABŞ Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin bəyanatında vurğulanıb.