“Rusiya Moldovada məğlub oldu” – Bayden
“Rusiya Moldovada uğursuzluğa düçar oldu”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Moldovadakı seçkilərdən danışarkən deyib.
“Maya Sandunu yenidən Moldova Prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Moldova xalqı seçkiyə getdi və prezident Sandunun təhlükəsiz, firavan və demokratik Moldova platformasına səs verdi. Sandunun yenidən seçilməsi Moldova xalqının Avropa Birliyinə üzvlüyünü dəstəkləmək üçün referendumda səs verməsindən cəmi iki həftə sonra baş verib. Aylardır ki, Rusiya Moldovanın demokratik təsisatlarını və seçki proseslərini pozmağa cəhd edib. Ancaq Rusiya bu məqsədində uğursuz oldu. Moldova xalqı öz gələcəyini seçmək hüququndan istifadə edərək Avropaya və bütün dünya demokratiyasına uyğun bir yol seçdi”, – deyə Bayden vurğulayıb.