Xamenei İsrail və ABŞ-ı hədələdi: Sarsıdıcı zərbə...

İran Tehrana və Yaxın Şərqdəki İslam müqavimət qüvvələrinə qarşı düşmən addımlarına cavab olaraq İsrail və ABŞ-a ciddi zərbə vuracaq.
Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib.
“Onlar bilməlidirlər ki, İrana və müqavimət cəbhəsinə qarşı hərəkətlərə görə mütləq sarsıdıcı cavab alacaqlar”, - o deyib