Bia.Az

Kobaxidzedən Rusiyaya pis xəbər: “2025-də baş verəcək”

Dünya
 28-10-2024, 15:12     471

“Gürcü Arzusu Partiyası Avropa Birliyi ilə münasibətlərdə yenilənmə gözləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstanın prioriteti avrointeqrasiyadır. Biz münasibətlərdə yenilənmə gözləyirik. Məncə, bu, 2025-ci ilin əvvəlində baş verəcək”, – o bildirib.

Qeyd edək ki, Gürcü Arzusunun seçkidə qələbəsi elan olunsa da, müxalifət nəticələri tanımır. Qərbdən isə son bir gündə ard-arda seçki pozuntularına dair tənqidlər səsləndirilir.скачать dle 12.1