Bia.Az

“İmam Xomeyni” hədəfə alındı – Hədəflər məhv edildi

Dünya
 28-10-2024, 01:15     467

İsrailin həyata keçirdiyi hava hücumlarında hədəfə alınan obyektlərdən biri Tehran yaxınlığındakı “İmam Xomeyni” beynəlxalq hava limanında yerləşdirilmiş S-300 hava hücumundan müdafiə sistemi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms”a iki İran rəsmisi deyib.

Adı açıqlanmayan rəsmilərin sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən azı üç raket bazası hədəfə alınıb.

İsrail PUA-larının hədəfində Tehran yaxınlığındakı gizli Parçin hərbi bazası da olub. PUA-lardan biri bazaya çırpılıb.скачать dle 12.1