Bia.Az

Kirbi Ukraynadan danışdı: “Mövqeyimiz dəyişməyib”

Dünya
 26-10-2024, 00:53     482

“ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı mövqeyi dəyişməz qalır”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib.

O bildirib ki, ABŞ müharibə meydanında Ukraynaya dəstəyi müzakirə etmək üçün İngiltərə, Almaniya və Fransa da daxil olmaqla digər müttəfiqləri ilə məsləhətləşmələr aparır.

“Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı hədəflərə uzun mənzilli raketlərlə zərbə endirmək istəyini dəstəkləmir. Bu məsələyə yenidən baxmaq planımız yoxdur. Eyni zamanda ABŞ prezidenti Co Bayden Almaniyaya səfəri zamanı dördlük ölkələrinin liderləri ilə görüşüb və onlarla Ukraynaya dəstək üçün gələcək kordinasiyanı müzakirə edib”, – deyə Kirbi vurğulayıb.скачать dle 12.1