Putin elan etdi: “Müharibəni dayandırmaq üçün buna hazıram”

“Ukraynanın döyüş meydanında itkilərini dilə gətirməkdənsə, danışıqlar masasına oturmaq daha yaxşıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin deyib.
Kreml rəhbəri bildirib ki, Rusiya reallıqlara əsaslanaraq, Ukrayna ilə bağlı sülh sazişlərinin istənilən variantını nəzərdən keçirməyə hazırdır.
Putin Ankaranın təklif etdiyi və Moskvanın razılaşdığı yeni danışıqlar təklifinə də toxunub. O bildirib ki, bu təklifin səhəri Zelenski heç bir danışıqlar aparmayacağını açıqlayıb.
“Bu yaxınlarda yenə cənab Ərdoğanın köməkçisi zəng edərək danışıqlarla bağlı yeni təkliflərin olduğunu söylədi. Lakin ertəsi gün Kiyev rejimi heç bir danışıqların olmayacağını elan etdi. Ukraynanın ötən il əks-hücum zamanı itkiləri 16 min nəfər təşkil edib. Son bir ayda isə Ukrayna Kursk istiqamətində 26 min əsgər itirib”, – deyə Putin vurğulayıb.