Bia.Az

Qonşu ölkədə həyəcan – “Hərbi əməliyyatlar mütləq başlayacaq”

Dünya
 24-10-2024, 00:10     485

İsrail ordusu “Hizbullah”ın yeni lideri Haşim Səfiəddinin öldürüldüyünü təsdiqləyib. Livanın Mülki Müdafiə Xidmətinin rəsmiləri də Beyrutun kənarındakı Əl-Mreyc rayonunda dağıntıları təmizləyərkən onun meyitini aşkarlayıblar. Səfiəddin oktyabrın 3-də İsrailin bunkerə endirilən zərbəsi nəticəsində ölüb.

Bundan sonra proses necə olacaq?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, İsrail son bir ildə Yaxın Şərqdə atdığı addımlarla tarixinin ən böyük qələbələrinə imza atdı:

“Təl-Əviv HƏMAS-a Qəzzada sarsıdıcı zərbə vurdu. Bu hücumlar nəticəsində həm də çoxsaylı mülki insan tələfatı oldu. Bundan başqa, İsrail Livanda kök salan və adətən dövlət içində dövlət halını alan “Hizbullah” təşkilatına qarşı da silsilə əməliyyatlar keçirdi. Bu əməliyyatlar nəticəsində də mülki şəxslər həyatını itirsə də, “Hizbullah”ın dayaqları sarsıldı.

İsrailin artıq qarşısında İran var. Hesab edirəm, vəziyyətin necə olacağı Təl-Əvivlə Tehranın atacağı addımlardan asılı olacaq. İki dövlət aqressiv tutum sərgiləsə, regionda gərginlik daha da artacaq. Təmkinli olsalar, gərginlik səngiyə bilər.

İran indiki məqamda kimə arxayındır, bu da mühüm sualdır. Ehtimal ölkələr kimi Rusiya və Çinin adını çəkmək olar, amma bunların arasında da fikir ayrılığının olduğu məlumdur.

Hesab edirəm, İsrail yaxın vaxtlarda İrana qarşı hərəkətə keçəcək. Əməliyyatların miqyası hələlik bəlli deyil, amma bu baş tutacaq”.

Turan Rzayev
Globalinfo.azскачать dle 12.1