Bia.Az

Simonyan Kurtulmuşla görüşün təfərrüatını açıqladı – Nələr müzakirə olunub?

Dünya
 15-10-2024, 00:08     555

Ermənistan parlamentinin sədri Alen Simonyan türkiyəli həmkarı Numan Kurtulmuşla görüşün təfərrüatlarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Mənim Parlamentlərarası İttifaqın 149-cu iclası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla mənalı görüşüm oldu.

 Biz ikitərəfli məsələlərin geniş spektrini, Cənubi Qafqazda və bütövlükdə regionda sülh prosesini müzakirə etdik. Mən Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsini Kurtulmuşa təqdim etdim. Əlaqələrimizi davam etdirməyə razılaşdıq”, – deyə məlumatda qeyd olunur.

скачать dle 12.1