Almaniya ərazisinə Rusiyanı vuracaq raketləri yerləşdirir

Yaxın zamanlarda Almaniya ərazisində 3 silah sistemi yerləşdiriləcək və onlar gələcəkdə Rusiya ərazisinə zərbələr üçün istifadə edilə biləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın “Tagesschau” nəşri yayıb.
Məlumata görə, yerləşdirilən sistemlər ortamənzilli olacaq və nüvə döyüş başlıqları ilə təchiz ediləcək.
Almaniyaya sistem yerləşdirən ölkənin ABŞ olduğu və onun bu işi 2026-cı ilə qədər bitirməyi planlaşdırdığı vurğulanıb. Qəzet bunun NATO-nun Avropadakı müdafiə imkanlarını daha da gücləndirəcəyini yazıb.