ABŞ-la uzunmüddətli qarşıdurmaya hazırlaşmalıyıq – Ryabkov

“Rusiya ABŞ-la uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov deyib.
“Birləşmiş Ştatlarda yaranmış ikitərəfli anti-Rusiya konsensusu nəzərə alınmaqla, heç bir xüsusi illüziyaya qapılmaq olmaz. Biz bu ölkə ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıyıq. Biz buna hər mənada hazırıq”, – diplomat qeyd edib.