ABŞ seçkisində yenilik: süni intellekt Trampı çaşbaş saldı

“ABŞ prezident seçkilərində demokratlar və respublikaçılar süni intellektin rəy yarada bilmək gücündən istifadəyə çalışırlar”.
Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov ABŞ prezident seçkilərində son vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, Donald Tramp süni intellekt vasitəsilə güclü manipulyasiyaya məruz qalır:
“Demokratların fakt yoxlanışı ilə əlaqədar güclü şəbəkələri mövcuddur və Trampın dedikləri hərtərəfli ifşa əməliyyatına məruz qalır.
Tramp hərdən özünə qarşı rəqabətdə süni intellektdən istifadə olunduğuna işarə etsə də, bu, özünü doğrultmur. Əslində Kamala Harrisin təyyarəsini yola salan izdihamı əks etdirən real foto Trampı çaşdırıb.
Aqşin Kərimov
Digər tərəfdən, Tramp süni intellekt vasitəsilə Teylor Sviftin adından düzəldilən bəyanata inansa da, çox keçmədən bunun yalan olduğu üzə çıxdı. Tramp bundan sonra Sviftə nifrət etdiyini dedi.
Məncə, Tramp süni intellekt müstəvisində uduzur, lakin bu, hələ onun seçkidə məğlub olacağını proqnozlaşdırmağa imkan vermir”.
Turan Rzayev
Globalinfo.az