Bia.Az

Kobaxidzedən Şahinə cavab: Tamamilə yalandır!

Dünya
 7-09-2024, 15:41     242

Gürcüstanın Baş naziri İrakli Kobaxidze senator Cin Şahini yalan danışmaqda ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası yazıb.

Belə ki, senator Şahin “Nəşnl Jurnal”a müsahibəsində deyib ki, baş nazirlə görüş zamanı o, Gürcü Arzusu hökumətini tənqid edə biləcək bütün təşkilatların maliyyəsini kəsməyi xahiş edib.

İrakli Kobaxidze isə belə bir xahiş etmədiyini bildirib.

“Mən buna sərt açıqlama verməliyəm. Senator Şahinin dedikləri yalandır. Mən görüşdə belə deməmişəm. Təəssüf edirəm ki, belə bir yalana çox yüksək statusu olan bir şəxs - ABŞ senatoru yol verir. Bu, məndə hədsiz təəssüf və narahatlıq doğurur”, - Kobaxidze vurğulayıb.

Qeyd edək ki, amerikalı senator Cin Şahin və konqresmen Mayk Törner avqustun 9-dan 11-dək Gürcüstanda olublar. Onlar hökumət, müxalifət və QHT nümayəndələri ilə görüşlər keçirib.скачать dle 12.1