Bu miqrantlar ailələrini Rusiyaya gətirməsin! - Medvedyev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev miqrantların yalnız mövsümi iş üçün gəldikləri təqdirdə ailələrini Rusiyaya gətirmələrini qadağan etməyi təklif edib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz orada fərdi tendensiyaların öhdəsindən gələ bilməyəcəyik, amma nə etmək olar: bir insan mövsümi iş üçün bizə gəlirsə, niyə ailəsini də özü ilə sürükləyir?",- o bildirib.