KİV: Ukrayna Belqorod istiqamətində hücuma keçdi – TƏCİLİ

“Ukrayna Silahlı Qüvvələri bu səhər Belqorod istiqamətində hücuma keçərək, sızma əməliyyatları icra ediblər”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Mash” “Telegram” kanalı çıxış edib.
Bildirilir ki, Ukrayna ordusu 200 və 300 nəfərlik iki heyət, 60-dan çox zirehli maşınla iki istiqamətdən – Nexoteyevka ve Şebekinodan Belqoroda daxil olmağa cəhd edib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna hərbçilərinin sərhədi keçməyə cəhd etdikləri haqda məlumatlar gəldiyini, vəziyyətin gərgin olduğunu bildirsə də, “Mash”ın iddiasını dolayı yolla təkzib edib.
“Telegram” kanalları isə hazırda ərazidə şiddətli döyüşlərin getdiyini yazır.