Bia.Az

Rusiyadan Türkiyəyə Ukrayna ilə bağlı çağırış: “İmtina etməlidir”

Dünya
 20-08-2024, 00:34     408

“Münaqişənin nizamlanma perspektivləri ilə bağlı Kiyevlə danışıqlardan söhbət gedə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyə səfiri Tanju Bilgiç ilə görüşdə deyib.

O, Ukraynanın Kursk bölgəsində törətdiyi hadisəni pisləyib və bildirib ki, hazırda Kiyevlə danışıqlar müzakirə predmeti deyil.

Rusiyalı diplomat eyni zamanda  rəsmi Ankaranı Qərbin Ukraynaya qarşı destruktiv siyasətində iştirakdan imtina etməyə çağırıb.

“Ukraynaya Qərb silahlarının verilməsi yolverilməzdir. Bu, münaqişənin daha da genişlənməsinə, onun uzanmasına və lazımsız qurbanların verilməsinəa gətirib çıxarır. Odur ki, Türkiyə kollektiv Qərbin bu cür dağıdıcı siyasətində iştirakdan imtina etməlidir”, – deyə Qaluzin vurğulayıb.скачать dle 12.1