Belqoroda bu tarixdən giriş bağlanır – Qladkov səbəbini açıqladı

Rusiya Federasiyasının Belqorod vilayətində giriş bağlanır və beş yaşayış məntəqəsinin sakinləri köçürülür.
Globalinfo.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
O bildirib ki, söhbət Qrayvoronski rayonunun Novostroyevka Vtoraya, Sovxoznıy, Dobropolye və Kazaçok qəsəbələrindən və Valuyski rayonunun Novopetrovka kəndindən gedir. Həmçinin Kolotilovka sakinlərinə 15 min rubl kompensasiya ödəniləcək.
Qeyd edilib ki, giriş avqustun 19-da bağlanacaq.