Bia.Az

Belarusun müdafiə naziri Lukaşenkonu xəbərdar etdi: “Ukrayna təxribat törədəcək”

Dünya
 17-08-2024, 00:18     452

Belarusun müdafiə naziri Viktor Xrenin Ukrayna tərəfindən silahlı təxribatların olması ehtimalını yüksək dəyərləndirdiyini deyib.

KONKRET.az BELTA-ya istinadən xəbər verir ki, o, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko görüşündə bildirib.

“Cənub istiqamətində vəziyyət gərgin olaraq qalır. Ukrayna Silahlı Qüvvələrinin və Sərhəd Mühafizə Xidmətinin birləşmələri sərhəd təhlükəsizliyi sistemini təkmilləşdirməkdə davam edir. Belarus Respublikasının dövlət sərhədi boyunca bütün ərazilərdə Ukrayna Təhlükəsizlik Xidmətinin fəal fəaliyyəti müşahidə olunur”, – deyə Belarus Müdafiə Nazirliyinin rəhbəri bildirib.скачать dle 12.1