Kurskda daha bir rayon da boşaldılır

Kursk vilayətinin Qluşkovo rayonunun Qluşkovo kəndində sakinlərin məcburi təxliyyəsi elan edilib.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.
“Regional operativ qərargah tərəfindən Qluşkovo kəndinin sakinlərinin məcburi təxliyəsi barədə qərar qəbul edilib”, – A.Smirnov deyib.
Smirnov əlavə edib ki, hüquq-mühafizə orqanları, hərbçilər, yerli idarəetmə və Kursk mərkəzinin “Patriot” könüllüləri sakinlərin təxliyyəsini koordinasiya edəcək.
Qeyd edək ki, daha öncə Rusiya Fövqəladə Hallar Nazirliyi Kursk vilayətinin sərhədyanı ərazilərinin sakinlərinin (Son 24 saat ərzində 300-dən çox insan) əksəriyyətinin köçürüldüyünü açıqlamışdı