Bia.Az

Cavad Zərif Pezeşkiana etiraz etdi, vəzifəsindən istefa verdi

Dünya
 12-08-2024, 09:34     397

İranın keçmiş xarici işlər naziri və İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilmiş Məhəmməd Cavad Zərif istefa verib.

Axar.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.

Qeyd edək ki, avqustun 1-də İran Prezidenti Məsud Pezeşkian Cavad Zərifi strateji məsələlər üzrə vitse-prezident təyin edib.

Cavad Zərif Məsud Pezeşkianın nazirlər seçimindən narazılığına görə istefa verdiyini bildirib.

Qeyd edək ki, Pezeşkian ötən gün Nazirlər Kabinetinin yeni tərkibini parlamentə təqdim edib.скачать dle 12.1