Bia.Az

Türkiyə İsrailə belə girəcək – İnanılmaz

Dünya
 6-08-2024, 01:15     507

“Yaxın Şərqdə yeni müharibə 72 saat ərzində başlaya bilər”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı türkoloq Polina Bekker deyib.

Onun sözlərinə görə, İran ABŞ-ın rəqib obrazını oynamağı planlaşdırır, bu isə müharibəni qaçılmaz edir:

“Yaxın Şərqdə baş verəcək yeni müharibə əslində neftlə bağlıdır. Hazırda neft ucuzlaşır və bölgədə başlayacaq yeni savaş bu prosesi dayandıracaq.

İran hazırda beynəlxalq səviyyədə avtoritetinin aşağı düşməsini istəmir. Ona görə də Tehranın Təl-Əvivi birbaşa vuracağı ehtimalı çox yüksəkdir”.
Türkoloq həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İsrailə girərik” bəyanatını da şərh edib. Bekker yaşananlar fonunda Ərdoğanın İsraillə bağlı açıqlamasının Türkiyənin nüfuzunu artırmağa yönəldiyini bildirib.

Bununla belə o, türk ordusunun İsrailə girməyəcəyini deyib:

“20 ildən çoxdur hakimiyyətdə olan siyasətçinin blef etdiyini demək olmaz. O, həqiqətən İsrailə girə bilər, amma türk ordusu ilə yox. Böyük ehtimalla bunu özəl hərbi şirkətləri vasitəsilə edəcək”.скачать dle 12.1