Bia.Az

Pelosi Raşmor dağında Baydenin barelyefnin qoyulmasını təklif etdi

Dünya
 5-08-2024, 13:24     589

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ABŞ-ın hazırkı prezidenti Co Baydenin barelyefnin dörd keçmiş ABŞ prezidentinin barelyeflərinin həkk olunduğu Cənubi Dakotadakı Raşmor dağına əlavə edilməsini istəyib.


Bizimyol.info xəbər verir ki, Pelosi bu barədə "CBS" telekanalında müsahibəsində bildirib.

“Xeyr, mən Badenə təzyiq edən qrupun başında deyildim və düşünürəm ki, prezident Bayden Raşmor dağına layiqdir”, - deyə, o, Demokratların Baydeni prezidentlik yarışından kənarlaşdırmaq səylərinə rəhbərlik etdiyi barədə xəbərlərini şərh edib.

Pelosi, Baydenin şəklinin həqiqətən ABŞ-ın keçmiş prezidenti Abraham Linkolnun barelyefi ilə eyni cərgədə olmalı olub-olmaması ilə bağlı suala cavabında iddiasını təkrarlayıb: "Yaxşı, Teodor Ruzvelt də oradadır və o, dəyərli siyasətçidir. Mən demirəm ki, o Ruşmor dağından çıxarılsın. Amma Baydenin barelyefi də oraya əlavə oluna bilər, o, buna layiqdir", - deyə keçmiş spiker vurğulayıb.

Bundan əvvəl Ağ Evin Respublikaçılar Partiyasının namizədi Donald Tramp Baydeni “ölkə tarixindəki ən pis prezident” adlandıraraq, onu ABŞ-a rəhbərlik etmiş “ən bacarıqsız və ən axmaq” lider adlandırıb.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin Demokrat Partiyasını təmsil edəcəyi güman edilirdi, lakin Trampla iyun debatındakı fəlakətli çıxışından sonra Demokratlar arasında Baydenin mübarizədən əl çəkməsi çağırışları daha da gücləndi. İyulun 21-də o, yarışdan çıxmaq qərarına gəldiyini və Kamala Harrisin ABŞ hökumətinin ən yüksək vəzifəsinə namizədliyini dəstəklədiyini elan edib. Donald Tramp artıq Respublikaçılar Partiyasının namizədidir.скачать dle 12.1