Bia.Az

İran dalana dirənib, Paşinyan zərər görəcək – Abovyan

Dünya
 5-08-2024, 01:51     492

“İran ətrafında vəziyyət getdikcə pisləşir, İrəvanın hər hansı hərəkəti Tehranı qəzəbləndirəcək”. 

Globalinfo.az xəbər verir ki, bunu ermənin politoloq Armen Abovyan deyib.

O, İrana qarşı artan təhdidlərin Ermənistanı narahat etdiyini bildirib:

“Fransa müharibə ehtimalını nəzərə alaraq vətəndaşlarını İranı tərk etməyə çağırdı. ABŞ əlavə qüvvələrlə bu ölkənin sərhədlərinə yaxınlaşır. İsrail İranla hərbi eskalasiya üçün ciddi hazırlığa başladı. Bölgə qaynayır. HƏMAS rəsmii İsmayıl Haniyənin öldürülməsi gözlənilməz oldu. İran üçün vəziyyət dalana dirənib. Onlara İsrailə cavab verməkdən başqa seçim qalmayıb. Vəziyyət regional müharibə vəziyyətinə çatarsa, o zaman Baş nazir Nikol Paşinyanın sərhədlə bağlı qərarları Tehran tərəfindən müharibə aktı kimi qəbul olunacaq. Əgər Zəngəzur dəhlizinin açılmasına razılıq verilərsə, Ermənistan İranla sərhəddə problem yaşayacaq. İrəvan artıq uzun  müddətdir ki, Tehranın rəqibləri ilə yaxınlaşır. Vəziyyət artıq gərgindir”.скачать dle 12.1