Tramp Harrisi belə aşağıladı

Tramp Kamala Harrisi üçüncü dərəcəli prezidentliyə namizəd adlandırıb.
Globalinfo.az xəbər verir ki, keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi və ölkənin vitse-prezidenti Kəmalə Harrislə debat aparmağa zərurət hesab etmədiyini bildirib.
Bu barədə o, “Fox Business”ə müsahibəsində bildirib.
ABŞ-ın keçmiş prezidenti xatırladıb ki, Harris ilkin seçkilərdən geri çəkilən ilk şəxslərdən biri olub.
“Harrislə seçki debatlarının keçirilməsinə ehtiyac görmürəm. Hamı məni də, onu da tanıyır. O, açıq sərhədlər, zəif ordu, yüksək vergilər istəyir. Mən güclü sərhəd, aşağı vergilər, güclü narkotiklərlə mübarizə siyasəti arzulayıram”, – deyə Tramp vurğulayıb.