İsrailə kütləvi raket zərbəsi endirilir

İsrailin şimal rayonlarında hücum təhlükəsi ilə bağlı hava həyəcanı siqnalı elan edilib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
Rayonların adları konkret olaraq açıqlanmasa da, İsrail mediası Qərbi Qalileydə bir neçə yaşayış məntəqəsinin hücum təhlükəsi ilə üzləşdiyini yazıb.
***
Livandan İsrail ərazisi kütləvi raket atəşinə tutulur.
Bildirilib ki, “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi hücumları dəf edir.