Bia.Az

Xamenei əmr verdi: İran-İsrail müharibəsi başlayır?

Dünya
 1-08-2024, 02:03     510

ranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İsrailə birbaşa hücum əmri verib.

Globalinfo.az xəbər verir ki, bu əmr HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq verilib.

“The New York Times” üç İran rəsmisinə istinadən əmrlə bağlı məlumat yayıb.

Bildirilir ki, İran hərbi komandirləri Təl-Əviv və Hayfa bölgəsindəki hərbi hədəflərə birləşmiş pilotsuz təyyarə və raket hücumunu nəzərdən keçirirlər. Lakin mülki hədəflərə zərbə endirməkdən qaçmağa çalışacaqlar.

Rəsmilər bildiriblər ki, Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun və ordunun hərbi komandirlərinə müharibənin genişlənəcəyi, İsrail və ya ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə həm hücum, həm də müdafiə planları hazırlamağı tapşırıb.скачать dle 12.1