Hizbullah İsrailə cavab verdi: Kamikadze PUA-lar Qalileyə doğru uçur

Hizbullah İsrailin Beyruta hücumuna cavab olaraq, Yuxarı və Qərbi Qalileyə doğru bir neçə kamikadze PUA buraxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Hələlik zərbələrin hədəfə çatıb-çatmadığı və itkilərin olub-olmadığı haqda məlumat yoxdur.
Qeyd edək ki, Ərəb mediası İsrailin Beyruta endirdiyi zərbənin hədəfinin Fuad Şükr adlı şəxs olduğunu yazır. O, Hizbullah baş katibinin baş hərbi müşaviridir və raket inkişafı layihəsinə cavabdehdir. Onun aradan qaldırılması üçün aparılan əməliyyatın uğursuzluqla nəticələndiyi qeyd edilir.