Bia.Az

Təl-Əviv-Ankara gərginliyi artır: İsrail NATO-dan nəyi tələb etdi?

Dünya
 31-07-2024, 00:17     396

İsrail Türkiyənin NATO-dan çıxarılmasını tələb edir.

Globalinfo.az xəbər verir ki, bu çağırışla İsrailin xarici işlər naziri İsrael Katz çıxış edib.

O, NATO-nu Türkiyəni bu təşkilatın üzvlüyündən çıxarmağa çağırıb.

Ekspertlər hesab edirlər ki, bu, ölkələr arasında gərginliyi daha da artıra bilər.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraili təhdid etməsi fonunda İsrael Katz diplomatlara təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşırıb. Türkiyəni qınamağa çağırıb və onun regional alyansdan çıxarılmasını tələb edib”, – deyə İsrail Xarici İşlər Nazirliyi bildirib.скачать dle 12.1