Bia.Az

BMT-nin Baş katibi yaşayış məntəqələrinin hədəfə alınmasından narahatdır

Dünya
 6-10-2020, 14:47     287

BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağda tərəfləri döyüşləri dayandırmağa çağırıb. Bu barədə BMT baş katibinin sözçüsü Stefan Ducarriçin açıqladığı bəyanatda bildirilir.

Bəyanatda BMT baş katibinin Dağlıq Qarabağ münaqişəsi zonasında eskalasiyanın artmasını qınadığı deyilir.

“O, yaşayış məntəqələrinin hədəf alınması da daxil olmaqla hərbi əməliyyatların genişləndirilməsi barədə xəbərlərdən ciddi şəkildə narahatdır. O bütün tərəflərə beynəlxalq humanitar hüquq çərçivəsində mülki şəxslər və mülki infrastrukturu qorumaq haqda öhdəliklərini xatırladır” – deyə, bəyanatda bildirilir.

Bəyanatda həmçinin BMT baş katibinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmaq üçün bütün müvafiq regional və beynəlxalq oyunçulardan öz təsirlərini fəal şəkildə istifadə etməyə çağırdığı deyilir.скачать dle 12.1