Bia.Az

Ukrayna Belqoroda zərbə endirdi: bina dağıldı

Dünya
 24-07-2024, 00:45     641

Ukrayna ordusu PUA-larla Belqorodda üç yaşayış məntəqəsinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.

O bildirib ki, PUA-lardan biri Novopetrovka kəndində çoxmənzilli binaya çırpılıb və nəticədə binanın bir hissəsi uçub.

Qladkov ölən və yaralananlarla bağlı məlumat verməyib.скачать dle 12.1