Bia.Az

Paşinyan 2050 hədəfinə “çatır” – Qarabağ ermənilərinin hesabına

Dünya
 23-07-2024, 12:25     435

Ermənistan əhalisinin sayı 2024-cü ilin 1 yanvarından 2,99 milyon nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Qəzet bildirir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53 min nəfər çoxdur.

Məlumata görə, əhalinin yeni statistikasına Qarabağdan Ermənistana köçənlər də əlavə edilib:

“Paşinyanın irəli sürdüyü “Ermənistanın 2050-ci ilə qədər yenidən formalaşdırılması strategiyası”na görə, Ermənistan əhalisi 5 milyon nəfərə çatmalıdır. Belə çıxır ki, Paşinyan əhalinin artım prosesini qeyri-leqal şəkildə reallaşdırır. Başqa sözlə, Paşinyanın arzuladığı əhali artımı doğum sayının yüksəlməsi ilə yox, Qarabağ sakinlərinin məcburi qeydə alınması ilə reallaşdırılır”.

Qeyd edək ki, Paşinyan bundan öncə Qarabağ ermənilərinin Ermənistanda qalmasının tərəfdarı olduğunu bildirib. Üstəlik, Qərb beynəlxalq təşkilatları Ermənistana bu ermənilərin cəmiyyətə inteqrasiyası üçün vəsait ayırmağa başlayıb.скачать dle 12.1