Bia.Az

"Qarabağ" "Linkoln" səddini keçsə, hansı klubla qarşılaşacaq?

Dünya
 22-07-2024, 11:28     390

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da növbəti mərhələyə yüksələcəyi təqdirdə mümkün rəqibi bəlli olacaq.

II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. "Linkoln" - "Qarabağ" cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.

Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar yolu
Səpələnmişlər
"Linkoln" - "Qarabağ" cütünün qalibi
"Ferentsvaroş" - TNS cütünün qalibi
PAOK - "Borats" cütünün qalibi
"Bodo Qlimt" - RFŞ cütünün qalibi
"Selye" - "Slovan" cütünün qalibi
"Styaua" - "Makkabi" (Tel-Əviv) cütünün qalibi
Səpələnməmişlər
"Malmö" - "Klaksvik" cütünün qalibi
"Lüdoqorets" - "Dinamo Minsk" cütünün qalibi
APOEL - "Petrokub" cütünün qalibi
"Panevejis" - "Yagellonya" cütünün qalibi
"Şemrok Rovers" - "Sparta" cütünün qalibi
"Santa Koloma" - "Midtyulland" cütünün qalibi
Səpələnmişlər
"Reyncers"
"Slaviya"
"Zalsburq"
"Lill"
Səpələnməmişlər
"Luqano" - "Fənərbağça" cütünün qalibi
"Dinamo Kiyev" - "Partizan" cütünün qalibi
"Union Sent Jiloaz"
"Tvente"
Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.скачать dle 12.1