Dünya nizamı dəyişir: kritik tarixə az qaldı – Azərbaycanı nə gözləyir?

“Trampa qarşı sui-qəsd ABŞ-da və onun xaricində təhlükəli dövrün başladığını göstərir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ hərbi eksperti Deniel Devis deyib.
“Biz çox təhlükəli dövrə giririk. Bu hətta 1968-ci ildəki dönəmdən də qeyri-stabil zamanlardır. O zamanlar bunun nəticəsi Robert Kennedi və Martin Luter Kinqin öldürülməsi oldu. Bu gün ortaya qoyulan yatırım daha böyükdür, çünki Avropada konflikt qızışmaqda davam edir, Sakit-Okean regionunda qeyri-müəyyənlik çoxlarını narahat edir, Amerikadakı daxili fikir ayrılığı partlayış xarakteri daşıyır”, – o bildirib.
D.Devis deyib ki, əgər ABŞ bundan sonra da bu istiqamətdə gedib, özünə sərf etməyənləri şeytaniləşdirməyə çalışsa, bu, düzəlməsi mümkün olmayan nəticələrə gətirib çıxaracaq.
Qeyd edək ki, bu gün Pensilvaniyada Tramp sui-qəsd olub. Nəticədə prezidentliyə namizəd yüngül yaralanıb, killer isə məhv edilib.