Samanta Pauer Ermənistana gəldi – YENİLƏNİB

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Pauer “X” hesabında məlumat verib.
***
USAİD rəhbəri Samanta Pauer yenidən Ermənistana gələcək.
Globalinfo.az xəbər verir ki, o, iyulun 8-dən 11-nə qədər Ermənistanda olacaq və erməni rəsmilərlə görüşəcək.
Pauerin görüşlərinin əsas məqsədinin Ermənistanın dayanıqlılığının artırması olduğu vurğulanıb.
Onun həmçinin erməni biznesmenlər, gənclər və KİV rəhbərləriylə də görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, USAİD ABŞ-ın yumşaq güc vasitələrindən sayılır. Təşkilat bu il Ermənistana 33 milyon dollarlıq yardım ayırdığını elan etmişdi.