Bia.Az

Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün ABŞ-yə gedəcək

Dünya
 7-07-2024, 12:25     680

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də NATO ölkələrinin Vaşinqtonda keçiriləcək Zirvə toplantısında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.


"Report" xəbər verir ki, onun Vaşinqtonda dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində iştirak edib. Onun sammit çərçivəsində bəzi liderlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutub.скачать dle 12.1