Bia.Az

Ərdoğan niyə vasitəçi ola bilməz? – Peskov səbəbi açıqladı

Dünya
 5-07-2024, 00:30     655

“Ərdoğan indi Rusiya və Ukrayna arasında vasitəçi ola bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Ərdoğanın niyə vasitəçi ola bilməməsinin səbəbini açıqlayıb.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Rusiyanın Ukrayna ilə danışıqlarında vasitəçilik edə bilməz. Çünki Kiyev Rusiya ilə vasitəçili və ya vasitəçisiz istənilən danışıqlardan imtina edir. Eyni zamanda Ukrayna Rusiya prezidentinin təqdim etdiyi sülh planını da qətiyyətlə rədd edib. Ona görə də hazırda nə Ərdoğan, nə də başqası vasitəçi ola bilməz”, – Peskov vurğulayıb.скачать dle 12.1