İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu

İranda seçici səslərinin hamısı sayılıb, 24 535 185 bülleten etibarlı, 1 056 159 bülleten etibarsız hesab edilib.
Bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib.
Onun sözlərinə görə, Məsud Pezeşkian 10 415 901 səslə liderdir. Səid Cəlili 9 473 298 səslə ikinci, Məhəmməd Bagir Qalibaf 3 383 340 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 206 397 səslə dördüncü sırada qərarlaşıb.
Beləliklə, namizədlərdən heç biri seçkidə iştirak edən seçicilərin səsinin 50%-dən çoxunu toplamadığı üçün 5 iyulda ikinci tur keçiriləcək.
İkinci turda ən çox səs toplayan iki namizəd – Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq.
Qeyd edək ki, İranda 61 milyon 452 min 321 seçici var.